BAKI, 8 iyun. TELEQRAF
Soçi hava limanında təyyarələrin eniş-qalxışına yenidən məhdudiyyət tətbiq edilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federal Aviasiya Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, təyyarələrin hava limanına gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər 8 iyun tarixində yenidən tətbiq edilib.
Agentlik müvafiq bildirişi Moskva vaxtı ilə saat 18:18-də Max mesajlaşma tətbiqində dərc edib.
Məhdudlaşdırıcı tədbirlərin hava limanında uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu vurğulanıb.