BAKI, 27 iyul. TELEQRAF

Rusiya Norveçin genişləndirdiyi yeni sanksiyalara cavab tədbirləri üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Norveçdəki səfiri Nikolay Korçunov "RIA Novosti" agentliyinə açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, Norveç tətbiq etdiyi məhdudiyyətləri Avropa İttifaqının 20-ci sanksiya paketinə uyğunlaşdırıb. Yeni tədbirlər enerji sektoru, maliyyə institutları və ölkəyə giriş qaydalarını əhatə edir.

Korçunov qeyd edib ki, Oslo Rusiya əleyhinə Aİ-nin "qanunsuz birtərəfli sanksiyalarına" ardıcıl şəkildə qoşulur.

"Rusiya tərəfindən cavab tədbirləri üzrə aidiyyəti qurumlar müvafiq əks-sanksiya addımları atır", - deyə səfir bildirib.