BAKI, 27 iyul. TELEQRAF
İyulun 28-də Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.
Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olmağı tövsiyə olunur.