BAKI, 27 iyul. TELEQRAF

Tacikistan xarici işlər naziri Sirojiddin Muxriddin ölkədəki diplomatik fəaliyyəti başa çatan Fransa səfiri Elza Pinyol ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Söhbət zamanı hər iki tərəf Tacikistan və Fransa arasındakı münasibətlərin yaxşı səviyyədə olmasından razılığını bildirib.

Tərəflər iqtisadiyyat, investisiya, təhsil və mədəniyyət sahəsində birgə görülən işləri müzakirə ediblər.

Tacikistanın xarici işlər naziri iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəyə görə Fransanın səfirinə təşəkkür edib və ona bundan sonrakı diplomatik işlərində uğurlar arzulayıb.