BAKI, 27 iyul. TELEQRAF
ABŞ-nin Kaliforniya ştatında keçirilən məclisdə baş verən silahlı insident nəticəsində bir nəfər həlak olub, daha altı nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Santa-Klara dairəsinin şerif idarəsi məlumat yayıb. Bildirilib ki, tədbirdə 300-dən çox insan iştirak edib.
Yaralananlar xəstəxanaya çatdırılıb, bir nəfər isə hadisə yerində həyatını itirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs hələ saxlanılmayıb. Faktla bağlı araşdırma aparılır.