BAKI, 8 iyun. TELEQRAF
Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkiləri üçün bülletenlərin sayılmasını başa çatdırıb. 2005 seçki məntəqəsinin hamısının nəticələri hesablanıb.
Teleqraf xəbər verir ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hakim partiya (Vətəndaş Müqaviləsi) seçicilərin təxminən yarısının (49,81%) səsini qazanaraq yenidən seçkilərin qalibi olub və parlamentdə üstünlüyü əldə edib.