BAKI, 7 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkə vətəndaşlarına yeni müharibələrə başlamayacağı ilə bağlı heç vaxt vəd vermədiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə "NBC News" telekanalına müsahibəsində danışıb.

Tramp jurnalistin seçki kampaniyası dövründə səsləndirdiyi bəyanatlarla bağlı sualını cavablandırarkən bildirib ki, onun belə bir öhdəliyi olmayıb.

"Mən müharibələrə başlamayacağıma söz verməmişəm. Əgər belə olsaydı, dünyanın ən güclü silahlı qüvvələrini niyə yaradaq?" - deyə ABŞ Prezidenti vurğulayıb.

Trampın sözlərinə görə, güclü orduya sahib olmaq ölkənin təhlükəsizliyinin təmin edilməsi və milli maraqların qorunması üçün vacibdir.

ABŞ liderinin bu açıqlaması Vaşinqtonun Yaxın Şərqdəki fəaliyyəti və regionda artan gərginlik fonunda diqqət çəkib.