BAKI, 27 iyul. TELEQRAF
Yeni mövsümə hazırlığını Ankarada davam etdirən “Turan Tovuz” bu gün ikinci yoxlama matçına çıxacaq.
Teleqraf xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda Türkiyənin “Fatih Karagümrük” klubu ilə üz-üzə gələcək.
I Liqa təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Turan Tovuz” Ankara toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda İranın U-21 yığması ilə 1:1 hesablı heç-heçə edib.