BAKI, 27 iyul. TELEQRAF
Portuqaliyanın “Braqa” klubunun çexiyalı qapıçısı Lukas Horniçek karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Teleqraf Sky Sports-a istinadən xəbər verir ki, “Nyukasl” 24 yaşlı qolkiperi yeni mövsüm öncəsi transfer siyahısına daxil edib.
Hələlik Premyer Liqa təmsilçisi “Braqa” rəhbərliyinə rəsmi təklif göndərməyib.
Bildirilir ki, Portuqaliya klubu əsas qapıçısını yalnız 30 milyon avro qarşılığında buraxmağa hazırdır. Bu məbləğ futbolçunun müqaviləsindəki sərbəstqalma bəndinə uyğun nəzərdə tutulub.
Daha əvvəl İngiltərənin “Hall Siti” klubu da Horniçek üçün 30 milyon avroluq təklif irəli sürsə də, qolkiper bunu qəbul etməyib.
Qeyd edək ki, “Braqa” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Serbiyanın “Jelezniçar” klubunu 1:0 hesabı ilə məğlub edib. Bu cütün qalibi növbəti mərhələdə “Neftçi” – “Dinamo” (Minsk, Belarus) cütünün (ilk oyun 2:4) qalibi ilə qarşılaşacaq.