BAKI, 27 iyul. TELEQRAF

“Ukrayna hakimiyyətinin Avropa İttifaqına (Aİ) üzvlükdə maraqlı olub-olmadığı sual doğurur”.

Teleqraf xəbər verir ki, bunu Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

“Sual budur: Ukrayna və elitası həqiqətən də Avropa İttifaqına üzv olmaq istəyirmi?”, - nazir qeyd edib.

Kosinyak-Kamışın sözlərinə görə, bəzi dairələr üçün Aİ qaydalarının tətbiq edilmədiyi, amma ittifaqdan müəyyən üstünlüklərin əldə olunduğu mövcud vəziyyət daha sərfəli ola bilər:

“Bəlkə də bəziləri üçün birlik qaydalarının olmadığı, ancaq onun üstünlüklərinin bir hissəsindən istifadə etməyin mümkün olduğu mühitdə yaşamaq daha əlverişlidir. Bu suala Ukrayna özü cavab verməlidir”.