BAKI, 7 iyun. TELEQRAF

Ermənistanda keçirilən parlament seçkilərində seçici fəallığı 58,97 faiz təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Rəsmi məlumatlara əsasən, səsvermədə ümumilikdə 1 milyon 476 min 597 nəfər iştirak edib.

MSK-nın açıqlamasında bildirilir ki, bu göstərici son doqquz ilin parlament seçkiləri üzrə ikinci ən yüksək nəticə hesab olunur.

Qeyd edək ki, Ermənistanda bundan əvvəl 2017-ci ildə keçirilən parlament seçkilərində seçici fəallığı 60,85 faiz olmuşdu.

Hazırda məntəqə seçki komissiyalarında səslərin sayılması prosesi davam edir. Seçkilərin ilkin nəticələrinin yaxın saatlarda açıqlanacağı gözlənilir.

***

20:12

Ermənistanda Milli Məclisə keçirilən seçkilər üzrə səsvermə prosesi yekunlaşıb.

Teleqraf xəbər verir ki, seçki məntəqələri Moskva vaxtı ilə saat 19:00-da (yerli vaxtla 20:00-da) bağlanıb.

Səsvermənin başa çatmasından sonra məntəqə seçki komissiyalarının üzvləri səslərin sayılmasına başlayıblar.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 20:00-da seçici fəallığı ilə bağlı ilkin göstəricilər ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, seçkilərdə iştirak üçün 16 siyasi partiya və 2 seçki bloku qeydiyyatdan keçmişdi. Rəsmi məlumatlara əsasən, ölkədə 2,5 milyondan çox vətəndaş səsvermə hüququna malikdir.

İlkin nəticələrin iyunun 8-də açıqlanacağı gözlənilir.