BAKI, 6 iyun. TELEQRAF
Kubanın keçmiş lideri Raul Kastro Havanada Daxili İşlər Nazirliyinin tədbirində iştirak edib. Bu, onun ötən ay ABŞ-də barəsində qətl ittihamları irəli sürülməsindən sonra ilk ictimai çıxışı olub.
Teleqraf xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası keçmiş müdafiə naziri Raul Kastronu 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinə kubalı mühacirlərin idarə etdiyi təyyarələrin vurulması əmrini verməkdə ittiham edir.
Həmin hadisə nəticəsində bir neçə nəfər həlak olmuşdu və Vaşinqtonun Kuba hakimiyyətinə qarşı təzyiqlərinin güclənməsinə səbəb olmuşdu.
Çərşənbə günü 95 yaşı tamam olan Raul Kastro sonuncu dəfə mayın əvvəlində Havanada keçirilən 1 May tədbirlərində ictimaiyyət qarşısında görünmüşdü. Bu çıxış ABŞ-da ittiham aktının açıqlanmasından az əvvəl baş tutmuşdu.
O, bundan əvvəl yanvarın 15-də Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətə başlama mərasimi zamanı həlak olmuş 32 kubalı hərbçinin xatirəsinə həsr olunan anım tədbirində iştirak etmişdi.