BAKI, 6 iyun. TELEQRAF

İran Silahlı Qüvvələri ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarına raket zərbələri endirdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı açıqlamada bildirilib.

Məlumata görə, hücum ABŞ-nin Sirik və Keşm adalarına qarşı həyata keçirdiyi əməliyyatlara cavab olaraq təşkil edilib.

“ABŞ-ın Sirik və Keşm adalarına qarşı təcavüzünə cavab olaraq, regiondakı düşmən bazalarına raket zərbələri endirilib”, - deyə bəyanatda qeyd olunub.

İranın Mehr agentliyinin yaydığı məlumatda da SEPAH-ın bu açıqlamasına istinad edilir.

Hələlik hücumun nəticələri, hədəfə alınan bazaların dəqiq sayı və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib.