Rusiya Konstitusiyası mənə 2030-cu ildə yenidən prezident seçilməyə imkan verir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünya xəbər agentliklərinin nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, bu barədə danışmaq hələ tezdir:

"Sağlamlığımızın sabaha, o biri günə qədər, qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün yaşamağa imkan verib-verməyəcəyini yalnız Allah bilir".

Rusiya Prezidenti hələlik bu barədə düşünmədiyini vurğulayıb. O əlavə edib ki, ölkə bir çox böyük və kəskin problemlərlə üzləşir və onlar tez həll edilməlidir.