BAKI, 4 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın səyləri və İranın ali lideri Müctəba Xameneinin ardıcıl siyasəti nəticədə Yaxın Şərqdəki münaqişə həll oluna bilər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə keçirilən görüşdə bildirib.
"Biz Amerika administrasiyasının səylərini və İranın mənəvi liderinin ölkəsinin maraqlarını qorumağa və kompromis tapmağa yönəlmiş ardıcıl mövqeyini izləyirik. Görürük ki, hər iki tərəf çıxış yolu axtarır. Ümid edirik ki, bu axtarış müsbət nəticə ilə başa çatacaq və münaqişəyə son qoyulacaq. Əgər Rusiyadan nəsə asılıdırsa, biz həmişə kömək əli uzatmağa hazırıq. Əks halda, bu böhran bitəndə biz sadəcə hamı ilə birlikdə sevinəcəyik" - Putin qeyd edib.