BAKI, 4 iyun. TELEQRAF
Son illər Prezident Donald Trampın ən sərt tənqidçilərindən birinə çevrilən ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton məxfi sənədlərlə düzgün işləməmədiyini boynuna almaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə CNN-ə vəziyyətlə tanış mənbə məlumat verib.
Kanalın məlumatına görə, Bolton milli təhlükəsizliklə bağlı məlumatları ehtiva edən materialları qanunsuz saxlamaqda günahını boynuna almağı planlaşdırır və həmçinin 2 milyon dollardan çox cərimə ödəməyə razılaşıb.
Məhkəmə sənədləri göstərir ki, Bolton iş üzrə ifadəsini dəyişdirmək üçün iyunun 26-da məhkəməyə gəlməli idi. Lakin onun gələcək mövqeyi hələlik məhkəmə qeydlərində rəsmi olaraq əksini tapmayıb.
2025-ci ilin oktyabr ayında Bolton ona qarşı irəli sürülən ittihamlarla özünü günahkar bilməmişdi.
Bolton əvvəllər Trampın milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb. Sonra onun ən sərt tənqidçisinə çevrilib. 2024-cü ildə nəşr olunan xatirələrində o, Trampın prezident olmağa yararsız hesab edib.
Prokurorluğun məlumatına görə, Bolton kəşfiyyat brifinqləri, yüksək vəzifəli məmurlar və xarici liderlərlə görüşlər haqqında qeydlər də daxil olmaqla, kitab hazırlamaq üçün iki qohumuna məxfi məlumatlar ötürüb.
O, milli müdafiə məlumatlarının ötürülməsi və saxlanması ilə bağlı 18 maddə üzrə ittiham olunur.