BAKI, 4 iyun. TELEQRAF
Azərbaycan parataekvondoçuları İtaliyanın paytaxtı Romada keçirilən Qran-Pridə uğurlu çıxış ediblər.
Teleqraf xəbər verir ki, ən reytinqli idmançıların qatıldığı yarışda milli komandamızın üzvləri iki medal qazanıblar.
58 kq çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Roma Qran-Prisinin qızıl medalına sahib olub.
70 kq çəki dərəcəsində çıxış edən İmaməddin Xəlilov isə yarışı bürünc medalla başa vurub.