BAKI, 4 iyun. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində xarici media orqanlarının rəhbərlərinə müsahibəsində Rusiya prezidenti Vladimir Putin Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olduğunu diqqətə çatdırıb:

"Bizim Azərbaycanla həm iqtisadiyyatda, həm də siyasətdə həmişə çox yaxşı və səmimi münasibətlərimiz olub və bu, davam edir".

Bir neçə il əvvəl iki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalandığını xatırladan Putin bildirib: “Prezident İlham Əliyev bu müqaviləni konkret məzmunla zənginləşdirmək üçün xeyli səy göstərir. Bu, öz əksini əməkdaşlığımızın konkret istiqamətlərində tapır”.

Putin həmçinin Rusiya humanitar yardımının İrana göndərilməsində göstərdiyi köməyə görə İlham Əliyevə minnətdarlığını ifadə edib.