BAKI, 4 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp özünün"Truth Social" şəbəkəsində Ağ Evin keçmiş müşaviri Karl Rouv və "Fox News"u davamlı şəkildə MAGA (Make America Great Again – “Amerikanı yenidən böyük edək”) hərəkatını gözdən salmaqda ittiham edib.
Teleqraf xəbər verir ki, Tramp öz paylaşımında Rouvun 11 ildir ki, onun və MAGA hərəkatı haqqında səhv danışdığını bildirib. Tramp əlavə edib ki, o, heç vaxt siyasi reallığı anlamayıb və anlamayacaq da.
"Fox News saxta respublikaçı Karl Rouvdan yaxa qurtarmalıdır. O, 11 ildir ki, mənim və MAGA-nın haqqında yanılır... O, tamamilə sağalmaz və tamamilə disfunksiyalı "Tramp xəstəliyi"ndən əziyyət çəkir. Karl Rouvu təqaüdə göndərin. O, solçudur və həmişə də belə qalacaq".
Karl Rouv əvvəllər Corc Buş administrasiyasında çalışmış tanınmış respublikaçı siyasi strateqdir.