BAKI, 4 iyun. TELEQRAF
Moskva Ankoricdə razılaşdırılmış güzəştlərə getməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda mətbuata açıqlaması zamanı deyib.
"Biz Trampla Ankoricdə müzakirə etdiklərimizə əsasən, Ukrayna ilə sülh yolu ilə razılığa gəlməyə hazırıq və buna can atırıq. Ukrayna da güzəştə getməyə hazır olmalıdır", - Putin bildirib.
Putin qeyd edib ki, daxili siyasi vəziyyət nəzərə alınmaqla, Kiyev Ukraynadakı münaqişəni həll etməyə hazır deyil.
"Əsasən daxili siyasi vəziyyətə əsaslanaraq, düşünürəm ki, Kiyev buna hazır deyil. Əgər orada sülh bərqərar olarsa, daxili siyasi vəziyyət, Kiyevdə hakimiyyət uğrunda mübarizə və iqtisadi vəziyyət kəskin şəkildə pisləşəcək", - deyə o, beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə təşkil olunmuş görüşdə bildirib.