Vyetnam Sosialist Respublikası ABŞ-nin məcburi əmək ittihamlarını rədd edib.

Teleqraf xəbər verir ki, Vyetnam Xarici İşlər Nazirliyinin sözçüsü Fam Thu Hanq məcburi əməyin bütün formalarının ölkəsində qadağan edildiyini deyib.

Müvafiq müddəalar milli qanunvericilikdə, dövlət proqramlarında və fəaliyyət planlarında təsbit olunub: "Vyetnam Beynəlxalq Əmək Təşkilatının standartlarına və ölkənin azad ticarət müqavilələri üzrə öhdəliklərinə sadiqdir. Amerika tərəfinin iddiaları faktiki vəziyyəti və Vyetnamın məcburi əməyin qarşısını almaq səylərini tam əks etdirmir".

Diplomat həmçinin qeyd edib ki, Vyetnam əmək hüquqları ilə bağlı bir neçə beynəlxalq konvensiya və müqaviləni ratifikasiya edib və istintaq zamanı Amerika tərəfinə bütün zəruri məlumatları təqdim edib.

XİN nümayəndəsi bildirib ki, Vyetnam tərəflərin ikitərəfli və çoxtərəfli ticarət öhdəliklərinə uyğun olaraq mövcud fikir ayrılıqlarını həll etmək üçün konstruktiv dialoq və qarşılıqlı hörmət əsasında ABŞ ilə əlaqələri davam etdirmək niyyətindədir.