BAKI, 4 iyun. TELEQRAF
Hizbullahın baş katibi Naim Qasim İsraillə hərtərəfli atəşkəs elan edilməsini və İsrail qüvvələrinin Livan ərazilərindən çıxarılmasını tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.
Hizbullah ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda müzakirə edilən atəşkəs razılaşması layihəsinə qarşı çıxıb.
Qasim hesab edir ki, atəşkəs hərtərəfli olmalı və Livanın cənubu ilə ölkənin qalan hissəsi arasında heç bir bölünmə olmamalıdır.
Qeyd edək ki, Vaşinqtonda keçirilən danışıqlarda İsrail və Livan nümayəndələri Hizbullahın hücumları dayandırması və Litani çayının şimalındakı bölgələrdən geri çəkilməsi şərti ilə atəşkəs barədə razılığa gəliblər.
Lakin Hizbullah sözçüsü "Frans Press" agentliyinə bildirib ki, qrup təklif olunan razılaşmanı rədd edib.
Qasim Livan hakimiyyətini İsrail ilə birbaşa danışıqları dayandırmağa çağırıb.
Qasim Hizbullahın geri çəkilməsini təslim olmaq hesab edib.