BAKI, 4 iyun. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının (AES) yaxınlığında yerləşən enerji infrastrukturuna 20-dən çox pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə stansiyanın rəsmi “Max” kanalında məlumat yayılıb.

Bildirilib ki, hücumlar "Rosatom"un tərkibinə daxil edilən Zaporojye AES-in yaxınlığında qeydə alınıb.

“Bu gün Ukrayna silahlı qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında ağır pilotsuz uçuş aparatlarından istifadə etməklə çoxsaylı hücum həyata keçirib. 20-dən çox PUA hücumu qeydə alınıb”, – məlumatda deyilir.

Qeyd olunub ki, hücumun əsas hədəfi 330 kV-luq “Ferrosplavnaya-1” elektrik xəttinin fəaliyyətini təmin edən mühüm enerji infrastrukturu obyektlərinin yerləşdiyi istilik elektrik stansiyası olub.