BAKI, 23 may. TELEQRAF

Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, tərəflər söhbət zamanı İran və ABŞ arasında aparılan danışıqlar prosesini müzakirə ediblər.

Məlumata görə, danışıq mayın 22-də baş tutub. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə Fidanın Əraqçi ilə telefon əlaqəsi saxladığını təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl "Axios" ABŞ Prezidenti Donald Trampın danışıqlarda irəliləyiş əldə olunmasa, İrana yeni zərbələr endirilməsi variantını nəzərdən keçirdiyini yazmışdı.