BAKI, 18 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə İran məsələsini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, toplantı şənbə günü Trampın Virciniya ştatındakı qolf klubunda keçirilib.
Görüşdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak ediblər.
CNN bildirir ki, Trampın yaxın günlərdə milli təhlükəsizlik komandası ilə daha bir görüş keçirməsi gözlənilir.
Telekanalın məlumatına əsasən, Pentaqon İranla bağlı mümkün hərbi əməliyyatlar üçün bir neçə plan hazırlayıb.
Həmin planlarda İranın enerji və infrastruktur obyektlərinə zərbələrin endirilməsi variantları da yer alır.