BAKI, 15 may. TELEQRAF
Kremlin sözçüsü Dmitri Peskov Latviyada Ukrayna pilotsuz uçuş aparatı ilə bağlı insidentdən sonra hökumətin istefasını şərh edib.
Teleqraf xəbər verir ki, o, “Birinci kanal”a açıqlamasında Latviyada baş verənlərin son olmayacağını bildirib.
“Əgər belə davam etsə, bu, Kiyevin addımları səbəbindən qalmaqallarla üzləşib istefa verməli olan son siyasətçi nəsli olmayacaq”, - Peskov deyib.
O həmçinin qeyd edib ki, Baltikyanı ölkələrdə Rusiya ilə dialoqu dəstəkləyən siyasətçilərin söz sahibi olması ehtimalı azdır.
Xatırladaq ki, daha əvvəl Latviyanın müdafiə naziri Andris Spruds ölkənin hava məkanında dron insidentlərindən sonra istefa verdiyini açıqlayıb.
Bundan sonra Latviyanın Baş naziri Evika Silinya da vəzifəsindən getdiyini bəyan edib.