BAKI, 15 may. TELEQRAF
Almaniya və Polşa 17 iyunda müdafiə müqaviləsi imzalayacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın Polşadakı səfiri Migel Berger bildirib.
"Biz 17 iyun 1991-ci ildə imzalanmış Xoş Qonşuluq Müqaviləsinin 35-ci ildönümündə müdafiə müqaviləsi imzalayacağıq", - Berger bildirib.