BAKI, 14 may. TELEQRAF
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran idarəçiliyində mühüm qüvvə olaraq qalır.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinin komandanı admiral Bred Kuper bildirib.
Onun sözlərinə görə, İranın hərbi potensialı kəskin şəkildə azalsa da, bölgədə gəmiçiliyin hərəkətini nəzarətdə saxlayır:
"SEPAH hələ də sənaye və sığorta sisteminə nəzarət edir. Amma ABŞ ordusu fövqəladə hallar üçün geniş imkanlara malikdir və Hörmüz boğazından gəmiləri müşayiət etmək qabiliyyətini qoruyub saxlayır" - deyə, admiral qeyd edib.
Kuperin sözlərinə görə, danışıqlar dövründə problemlərin həlli siyasətçilərdən asılıdır: "ABŞ ordusunun İran silahlı qüvvələrinə vurduğu ziyana və dağıntılara baxmayaraq, SEPAH ölkənin idarəçiliyində mühüm qüvvə olaraq qalır".