BAKI, 14 may. TELEQRAF

İsrail ordusu 24 saat ərzində Livanın cənubundakı şiə Hizbullah hərəkatının 65-ə yaxın mövqeyinə hücum etdiyini və 20 silahlının öldürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında deyilir: "Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı bir neçə ərazidə Hizbullaha məxsus 65 hədəfə zərbə endirib və 20 Hizbullah terrorçusunu məhv edib".