BAKI, 14 may. TELEQRAF
Livan və İsrail nümayəndə heyətləri Vaşinqtonda sülh danışıqlarının üçüncü raundu çərçivəsində mayın 18-də bitəcək atəşkəsin uzadılması şərtlərini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, tərəflər sərhəd məsələlərinin həlli mexanizmini də müzakirə ediblər.
"Əşarq əl-Əvsat" qəzetinin məlumatına görə, Livan hökuməti İsraillə mövcud düşmənçilik vəziyyətinə son qoyacaq təhlükəsizlik razılaşması əldə etməyə çalışır.