BAKI, 13 may. TELEQRAF

Ukrayna Prezidenti Volodymyr Zelenskyy keçmiş ofis rəhbəri Andriy Yermak ilə bağlı irəli sürülən ittihamlar səbəbindən çətin vəziyyətə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, Ukraynada geniş yayılmış korrupsiya ölkənin Avropa İttifaqına üzvlük prosesini ləngidən əsas maneələrdən biri hesab olunur.

“Bu araşdırma Avropa İttifaqına üzvlük uğrunda çalışan Ukrayna lideri üçün olduqca narahatedicidir”, - məlumatda bildirilib.