TOVUZ, 27 iyun. TELEQRAF

Tovuzda ölümlə nəticələnən avto-qəza baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Tovuzun Yanıqlı kəndində qeydə alınıb.

Hadisə nəticəsində 2006-cı il təvəllüdlü Nəsimi Rəhimov vəfat edib, 2006-cı il təvəllüdlü Asim Xanmirzəyev və yaşıdı Əli Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma başlanılıb.