BAKI, 27 iyun. TELEQRAF

Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov(77,33) UFC-də debüt edib.

Teleqraf xəbər verir ki, idmançı “UFC Fight Night Baku” turnirində ABŞ təmsilçisi Erik Nolanla (77,33) qarşılaşıb.

Yarımorta çəki dərəcəsində keçirilən görüş həmyerlimizin qələbəsilə başa çatıb.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.