BAKI, 27 iyun. TELEQRAF
Özbəkistanlı UFC döyüşçüsü Nursulton Ruziboev (84,36) Bakıda keçirilən “UFC Fight Night” turnirində rusiyalı Andrey Pulyaev (84,36) ilə münasibətlərə aydınlıq gətirib.
Teleqraf xəbər verir ki, görüş özbəkistanlı döyüşçünün qələbəsi ilə yekunlaşıb.
O, rusiyalı rəqibini boğucu fəndlə ilk raundda məğlub edib.
Qeyd edək ki, gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.