BAKI, 27 iyun. TELEQRAF
“Burada yerli insanların mənə dəstəyini hiss etdim. Amerikada döyüşəndə isə publikanın rəqibi dəstəklədiyini görmüşdüm”.
Teleqraf xəbər verir ki, bunu özbəkistanlı döyüşçü Nursulton Ruziboev Bakıda keçirilən “UFC Fight Night” turnirində rusiyalı Andrey Pulyaevi məğluh etdikdən sonra mətbuat konfransında deyib.
“Çox şadam ki, qələbə qazandım. Məqsədim qalib gəlmək idi.
Döyüşdən əvvəl hakim mənə dedi ki, o, yaxınlaşmayanadək rəqibi buraxmayım. Mən də belə etdim” - deyə, idmançı qeyd edib.