BAKI, 27 iyun. TELEQRAF
Bakıda keçirilən “UFC Fight Night” turnirində növbəti döyüş keçirilib.
Teleqraf-ın məlumatına görə, Avstraliyanı təmsil edən türkəsilli Kaan Ofli kolumbiyalı Xavyer Reyes ilə qarşılaşıb.
Görüş Kaan Oflinin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.