BAKI, 11 may. TELEQRAF
Fransa Afrika ölkələrinə 14 milyard avro investisiya yatıracaq.
Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
“Bu gün Afrika qitəsi üçün 23 milyard avroluq investisiya elan edildi. Bu 23 milyard avrodan 14 milyard avrosu burada təmsil olunan Fransa şirkətləri, o cümlədən iri, orta və kiçik müəssisələr tərəfindən qoyulub”, - deyə prezident bildirib.
O, vəsaitin sammitin keçirildiyi Keniyaya, eləcə də digər Afrika ölkələrinə yönəldiləcəyini deyib. Söhbət həmçinin 250 min iş yerinin açılmasından gedir.