BAKI, 11 may. TELEQRAF
İsrail Avropa Birliyi ölkələrinin Fələstin ərazisində yəhudi yaşayış məntəqələrinin tikintisini dəstəkləyən şirkətlərə qarşı sanksiyalar tətbiq etmək qərarını əsassız hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
O, yəhudi dövlətinin bu torpaqlar üzərində mübahisəsiz bir hüququ olduğunu iddia edib: "Bu, beynəlxalq qanunlarla təsdiqlənib. İsrail vətəndaşlarına və təşkilatlarına qarşı sanksiyalar tətbiq etmək qərarını qətiyyətlə pisləyirik. Avropa Birliyi İsrail vətəndaşlarına və təşkilatlarına qarşı onların siyasi baxışlarına əsaslanaraq və heç bir əsaslandırma olmadan özbaşına, siyasi motivli sanksiyalar tətbiq etmək qərarına gəlib".
XİN rəhbəri bildirib ki, İsrail həmişə yəhudilərin məskunlaşmaq hüququnu müdafiə edib: "Dünyada heç bir xalqın öz torpaqlarına yəhudi xalqının İsrail torpağına olan hüququ qədər sənədləşdirilmiş və uzunmüddətli hüququ yoxdur. Bu mənəvi və tarixi hüquq dünya xalqlarının qanunları ilə də tanınır və heç bir qurum onu yəhudi xalqından ala bilməz. Sanksiyalar vasitəsilə siyasi baxışları qəbuledilməzdir və uğur qazanmayacaq".
Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot Aİ xarici işlər nazirlərinin İordan çayının qərb sahillərində məskunlaşma fəaliyyətinə görə İsrail təşkilatlarına qarşı sanksiyalar tətbiq etmək barədə razılığa gəlindiyini açıqlayıb.
İordan çayının Qərb sahilləri Qəzza zolağı ilə birlikdə Fələstin dövlətinin ərazisi hesab olunur.