BAKI, 11 may. TELEQRAF

Almaniya və Ukrayna 1500 kilometrə qədər mənzilli dronların birgə istehsalına başlamağı planlaşdırırlar.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Ukraynanın müdafiə naziri Mixaylo Fedorovla görüşdən sonra Kiyevdə keçirilən mətbuat konfransında Pistorius bildirib ki, Berlin Almaniya və Ukrayna şirkətləri arasında birgə müəssisələrin yaradılmasına diqqət yetirir: "Əlbəttə ki, bu, xüsusilə 100 kilometrdən az məsafəyə malik dronların birgə hazırlanması və istehsalına aiddir".

Qeyd edək ki, bu gün səhər Pistorius Ukrayna ilə silah əməkdaşlığının genişləndirilməsini müzakirə etmək üçün Kiyevə gözlənilməz səfər edib.