BAKI, 7 may. TELEQRAF
Polşa Prezidenti Karol Navrotski ABŞ Prezidenti Donald Tramp Almaniyadakı Amerika hərbçilərinin sayını azaltmaq qərarı verəcəyi təqdirdə onların Polşada yerləşdirilməsinə hazır olduqlarını bildirib.
Teleqraf xəbər verir ki, Navrotski ABŞ hərbçilərinin Avropada qalmasının vacibliyini vurğulayıb.
O qeyd edib ki, Amerika əsgərlərinin Polşaya köçürülməsi məsələsində şəxsən Donald Trampla danışıqlar aparmağa hazırdır.
“Trampı maraqlandırmağa çalışacağam ki, bu əsgərlər Avropada qalsın”, - deyə Polşa prezidenti bildirib.
Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Fridrix Merts Berlinin Hörmüz boğazının blokadadan çıxarılması prosesində iştirak etməyə hazır olduğunu açıqlamışdı.