BAKI, 25 iyun. TELEQRAF
“Bu qələbəni ailəmə həsr edirəm”.
Teleqraf xəbər verir ki, bunu taekvondo üzrə Klublarası Avropa Çempionatının bürünc, "Bosnia Open" beynəlxalq turnirinin qızıl medalçısı Allahverdi Məmmədov jurnalistlərə açıqlamasında deyib.
İdmançı ona dəstək olan hər kəsə təşəkkür edib:
“Klublararası Avropa çempionatında üçüncü oldum. Bu qələbəni ailəmə həsr edirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Allahverdi Məmmədov yarışa hazırlıq prosesinin yaxşı keçdiyini bildirib:
“Hazırlığımız çox düzgün keçdi. Həm milli komandada, həm də klub olaraq bu yarışa ilin əvvəlindən hazırlaşırdım”.
Taekvondoçu qarşıdakı hədəflərindən də danışıb:
“Qarşıda bizi U-21 Avropa çempionatı gözləyir. Komanda olaraq həmin yarışa hazırlaşırıq. İnşallah, orada da yaxşı nəticə göstərəcəyik”.
İdmançı ən çətin döyüşünün yarımfinalda olduğunu vurğulayıb:
“Rəqiblərimiz çox güclü idi. Ən çətin döyüşüm yarımfinalda oldu. Təəssüf ki, həmin görüşdə Türkiyə təmsilçisinə uduzdum. İnşallah, səhvlərimin üzərində məşq edib daha yüksək nəticə əldə edəcəyəm”.