BAKI, 25 iyun. TELEQRAF

“ABŞ İranla razılaşma əldə etməyə çalışır, amma hansısa güzəşt hesabına yox”.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marco Rubio deyib.

“Razılaşma əldə etmək istəyirik, amma bu, hansısa qiymətə başa gələn sövdələşmə olmamalıdır. Yaxşı, real və təsdiq edilmiş saziş istəyirik, elə bir saziş ki, şərtlərinə əməl olunsun. Danışıqlar zamanı və ya ondan sonra əldə edilən bütün razılaşmaların yerinə yetirilməsi vacibdir”, - o qeyd edib.

Rubio vurğulayıb ki, İranla mümkün razılaşma yalnız effektiv nəzarət və öhdəliklərə əməl olunması şərtilə qəbul edilə bilər.