BAKI, 25 iyun. TELEQRAF
Bişkekdə Qırğızıstan prezidentinin xüsusi Nümayəndəsi Bakıt Torobayev və BMT-nin bu ölkədəki rezident əlaqələndiricisi Ante Qreyv arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, tərəflər Qırğızıstandakı mövcud sosial-iqtisadi vəziyyət və BMT ilə əməkdaşlığı müzakirə ediblər.
Bakıt Torobayev ölkənin son illərdə sabit sosial-iqtisadi inkişaf nümayiş etdirdiyini bildirib. Həmçinin regionların kənd təsərrüfatı, ekologiya, turizm, təmiz içməli su və digər prioritet sahələrdə əsas ehtiyaclarına diqqət çəkib.
Ante Qreyv də Qırğızıstanla BMT arasında orta müddətli əməkdaşlıq üzrə yeni strateji sənədin hazırlanması üzrə işlərin başlandığını açıqlayaraq, ölkənin davamlı iqtisadi artımını dəstəkləməyə yönəlmiş gələcək qarşılıqlı fəaliyyətə hazır olduqlarını vurğulayıb.