BAKI, 25 iyun. TELEQRAF
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentinin Avropa İttifaqı ilə vizasız rejimin yalnız müəyyən Gürcüstan vətəndaşları üçün saxlanılması ilə bağlı mövqeyini “faşizm” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, yerli mediaya bildirib.
“Fikrimcə, bu, artıq əsl skandaldır. Rəsmi sənədlərdə yalnız faşist bəyanatlar yox, həm də faşist çağırışlar görürük. Avropa Parlamenti gürcü xalqını parçalamağa, onu ayrı-ayrı sosial qruplara - jurnalistlərə, tələbələrə və fəallara bölməyə çağırır. Bu üç qrupun Avropa İttifaqından fəhlələrdən, kəndlilərdən, mühəndislərdən və həkimlərdən daha çox hüquq almasını təmin etmək istəyirlər. Bu, faşizmdən başqa bir şey deyil”, - o bildirib.