BAKI, 25 iyun. TELEQRAF

“Mənim iştirakım olmadan qəbul edilmiş qətnamə il bağlı Avrasiya İqtisadi Birliyindəki (AİB) həmkarlarıma suallarım var”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Həmkarlarıma həmin bəyanatla bağlı suallarım var. Praktiki baxımdan bunun nə demək olduğunu başa düşməliyik. AİB-in istənilən üzv ölkəsi digər bir üzv dövlətlə bağlı bu cür qərarlar qəbul edə bilərmi? Bir gün oyanıb birtərəfli qaydada belə qərarlar vermək olarmı?

Əgər cavab “bəli”dirsə, deməli, AİB özünün ləğvini elan edir. Biz də bundan müvafiq nəticələr çıxarmalıyıq”, - Paşinyan vurğulayıb.

Xatırladaq ki, mayın 29-də AİB-in Astanda keçirilən iclasında Ermənistanın Avrasiya inteqrasiya Birliyində qalmaq və ya Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirilməsinin zəruriliyi barədə qətnamə qəbul olunub. Qətnamə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən imzalanıb.