BAKI, 18 aprel. TELEQRAF
ABŞ prezidenti Donald Trump İranla mümkün sülh sazişi imzalanacağı təqdirdə Tehranın öhdəliklərə əməl edəcəyinə etibar etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu fikirləri ABC telekanalına müsahibəsində səsləndirib. O, İranın razılaşmaya sadiq qalacağına inandığını qeyd edib.
ABŞ lideri vurğulayıb ki, Tehran razılaşma əldə etməkdə maraqlıdır və bu istiqamətdə istək nümayiş etdirir. Tramp əlavə edib ki, ABŞ-nin tətbiq etdiyi dəniz blokadası İranın gəlirlərinə ciddi təsir göstərib.
Eyni zamanda, o, "Axios" portalında yayılan və guya ABŞ ilə İran arasında dondurulmuş 20 milyard dollar vəsaitin açılması qarşılığında zənginləşdirilmiş uranın verilməsi ilə bağlı danışıqlar aparıldığına dair məlumatları təkzib edib. Tramp bu iddiaları “saxta xəbərlər” adlandırıb.