BAKI, 18 aprel. TELEQRAF
ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində yerləşən Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında iki hərbçi ayının hücumu nəticəsində yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə aprelin 16-da bazanın Arktika vadisi ərazisində keçirilən təlim zamanı baş verib.
Məlumata görə, sıravi əsgərlər özünümüdafiə məqsədilə heyvana qarşı bibər qazından istifadə ediblər.