BAKI, 18 aprel. TELEQRAF
Belarus ABŞ ilə apardığı dialoqun Rusiya və Çinə qarşı yönəlmədiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O bildirib ki, bəzi dairələr onun Vaşinqtonla danışıqlar aparmasını tənqid etsə də, eyni dialoqun digər ölkələr tərəfindən də həyata keçirildiyini vurğulayıb.
Lukaşenkonun sözlərinə görə, o, ABŞ tərəfi ilə ilk görüşündə Rusiya və Çinin Belarus üçün yalnız tərəfdaş deyil, həm də dost ölkələr olduğunu vurğulayıb.
"Qərbin sanksiyaları fonunda məhz bu iki ölkə Belarus üçün imkanlar yaradıb. Qərbin mənə münasibətindən də xəbərdaram. Buna baxmayaraq, ölkə rəhbəri kimi qərarlarını şəxsi maraqlara deyil, Belarus xalqının mənafelərinə əsasən qəbul edirəm".