Səhiyyə naziri Teymur Musayevin əmri ilə Gəncə şəhər Psixo-Nevroloji Dispanseri Gəncə şəhər Psixatriya Xəstəxanasının tabeliyinə verilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bundan sonra dispanser şöbə kimi fəaliyyət göstərəcək.

Dispanser işçilərin bir hissəsi artıq Gəncə Psixatriya Xəstəxanasına yerləşdirilib.

Məlumat üçün bildirək ki, sözügedən quruma bu günlərdə yeni baş həkim də təyin olunub.