BAKI, 18 aprel. TELEQRAF
İran bəzi hava limanlarının fəaliyyətini bərpa edib.
Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi ölkənin Mülki Aviasiya İdarəsinə istinadla məlumat yayıb.
Qurumdan bildirilib ki, İranın hava məkanının şərq hissəsində yerləşən marşrutlar beynəlxalq reyslər üçün açıq elan edilib.
Məlumata görə, bu addım bir sıra hava limanlarının fəaliyyətinin mərhələli şəkildə bərpası ilə müşayiət olunur.